PashaPay dünyasına səyahət
Hər bir layihəmizin əsasını işinə ürəkdən bağlı olan, eyni məqsədə xidmət edən həmfikirlər və peşəkar mütəxəssislər təşkil edir.
Hər gün işdə yeni vəziyyətlər və praktikalarla qarşılaşıram; heç bir şey təkrarlanmır. Bu, mənim üçün böyük motivasiya mənbəyidir və işimi heç vaxt rutinə çevirmir. Öz məhsuldarlığımı artıraraq daha yüksək zirvələrə çatmaq və bu yolla öz töhfəmi daha nəzərəçarpan etmək istəyirəm.
Leading Customer Care Specialist
Burada əsl iş mühiti hökm sürür, bu da davamlı inkişaf üçün böyük motivasiya yaradır. Mənim üçün ən yadda qalan təcrübə ilk korporativ ad günümdür — komanda həmin günü unudulmaz etdi. Gələcək hədəflərim maliyyə sahəsində biliklərimi dərinləşdirmək, daha çox təcrübə toplamaq və yeni sertifikatlar əldə etməkdir. Bu, həm şəxsi inkişafım, həm də şirkətin uğuruna töhfə verməyim üçün vacibdir.
Financial Controller Specialist
Mən yaxşı xatırlayıram ki, müharibə zamanı hamımız birlikdə 44 gün ərzində bütün gücümüzlə çalışdıq. İstirahət etmədən, ödəniş terminallarının fasiləsiz işləməsini təmin etmək və insanların bir-biri ilə əlaqəsini itirməməsi üçün hər şey etdik. Bu, mənə böyük ilham verir. Mən işimi sevirəm və arzulayıram ki, bizim şirkət daha da inkişaf etsin və dünya miqyasında tanınsın.
Technical Support Division Manager
Mən müştəriləri diqqət və detallara yönəltməklə xoşbəxt etməyi sevirəm. Eyni zamanda, yeni funksiyaların tətbiqi və müsbət rəy almaq məni motivasiya edir.
Hal-hazırda müştəri xidməti üçün məhsulun yaxşılaşdırılması və proseslərin optimallaşdırılması üzərində işləyirəm. Məqsədimiz, müştəri xidmətinə müraciət edən müştərilərin ani və dəqiq həllər almasını təmin etməkdir. Bu məhsulun müştəri məmnuniyyətinin artırılmasında vacib bir vasitə olacağına inanıram.