Bu formanı doldurmaqla mən, 1300615891 nömrəli VÖEN ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı AZ1010, Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti,153 olan “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - “PashaPay” MMC) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nömrəli Qanununun tələblərinə uyğun olaraq “PashaPay” MMC ilə xidmət müqaviləsi bağlamaq və ya “PashaPay” MMC-də işə qəbul imkanlarını nəzərdən keçirmək məqsədi ilə telefon danışığı/video müsahibə/anketin doldurulması (çat/audio bot, landinq və digər üsullar), çat-botdan istifadə zamanı mənim tərəfimdən təqdim olunan fərdi məlumatlarımın, yəni soyad, ad, ata adı, doğum tarixi, əlaqə məlumatları (ünvan, telefon nömrəsi), təhsil, peşə təcrübəsi, iş yeri, əsas bacarıqlar, vətəndaşlıq, digər fərdi məlumatlarımın avtomatlaşdırılmış işlənilməsi də daxil olmaqla, emalını (toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, paylanması (o cümlədən ötürülməsi), adsızlaşdırılması, bloklanması və məhv edilməsi) həyata keçirmək üçün razılığımı verirəm. Mən, həmçinin məlumatların, o cümlədən fərdi məlumatlarımın İnternetdə açıq kommunikasiya kanalları vasitəsilə ötürülməsinə razılığımı bildirirəm.
Razılıq 10 (on) il müddətində etibarlıdır. “PashaPay” MMC-yə yazılı şəkildə ərizə təqdim etməklə fərdi məlumatlarımın emalını geri çağıra biləcəyim haqda məlumatlıyam.