“PashaPay” şirkəti Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə verdiyi üçün yeni təsis edilmiş “Red Hearts Award” mükafatı ilə təltif olunub. Mükafatı Fondun prezidenti Yusif Poladov təqdim edib.
Qırmızı Ürəklər Fondu həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək göstərir. Fond tərəfindən uşaq evləri və sığınacaqlarda təşkil edilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramları, sağlamlıqla bağlı maarifləndirici layihələr həyata keçirilir. Bundan əlavə, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və heyvan sığınacaqlarına dəstək aksiyaları təşkil edilir.
2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib.
“PashaPay” şirkəti həmçinin Fondun Bakı şəhərinin Bilgəh qəsəbəsində təşkil etdiyi təmizlik aksiyasında fəal iştirak edib.