Geriyə
10 Oktyabr, 2024
“PashaPay” MMC və “Azəriqaz” İB birgə əməkdaşlıq edəcək
10 oktyabr 2024-cü ildə “PashaPay” MMC və “Azəriqaz” İB arasında Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq regionun ən böyük innovasiya tədbiri olan “Inmerge İnnovasiya Sammiti” çərçivəsində baş tutub.

Memoranduma əsasən, “Azəriqaz”ın bəzi xidmətləri m10 mobil tətbiqində rəqəmsallaşdırılacaq. Bu layihə ilə m10 tətbiqində “Azəriqaz” müştəriləri üçün şəxsi kabinet yaradılacaq, onlayn ərizə və müraciət qəbulu, arayış verilməsi kimi xidmətlər əlçatan olacaq. Eyni zamanda ödəniş təcrübəsi yaxşılaşdırılacaq və qaz təchizatı üzrə ödənişlər zamanı yaranan sualların həlli təmin ediləcək.

Bu əməkdaşlıq həmçinin m10 tətbiqinin ekosistemində təqdim olunan digər xidmətlərə də müştərilərin əlçatanlığını artıracaq. Layihə, “Azəriqaz”ın rəqəmsallaşma proqramının bir hissəsi olaraq, abonentlərə göstərilən xidmətin səviyyəsini artırmağı hədəfləyir.
Son xəbərlər
02
    Ünvan:
    Port Baku, Cənub Qülləsi, Neftçilər prospekti 153, Bakı, Azərbaycan
    © 2025 PashaPay
    Biz yeni həmkarlar axtarırıq!
    Aktiv vakansiyalarla buradan tanış ola bilərsiniz. İşə qəbul ilə bağlı suallar üçün:
    E-MAIL:
    LINKEDIN:
    Designed by Darya Lugovaya