Geriyə
23 Sentyabr, 2024
PaşaPay şirkəti Böyük Britaniyanın Pan Finance jurnalının keçirdiyi sorğuda ilin ən yaxşısı nominasiyasında qalib olub
Böyük Britaniyanın Pan Finance jurnalı“2024-cü ildə ödəmə xidmətlərinin rəqəmsal transformasiyası-Azərbaycan” nominasiyası üzrə PaşaPay şirkətini qalib seçib.

Dünyanın 150-dən çox ölkəsində 200 mindən çox oxucusu olan Pan Finance jurnalı hər il maliyyə sahəsində uğur qazanmış şirkətləri seçərək oxucuları arasında sorğuya təqdim edir. Bu sorğular dünya təcrübələrini və ən uğurlu trendlərini daha yaxından izləmək və qiymətləndirmək imkanı verir.

Jurnal abunəçilərinə onlayn sorğular göndərərək kateqoriyalar üzrə seçim imkanı yaradır. Nəticələr əsasında formalaşan siyahı peşəkar qrup və biznes sahəsində ixtisaslaşan jurnalistlərə təqdim olunur və onlar tərəfindən ilin ən yaxşıları seçilir.

Mükafat proqramı Pan Finance jurnalına maliyyə xidmətləri sahəsində aparıcı şirkətlər və şəxslər haqqında cəlbedici məzmun təqdim etməyə imkan verir. Tanınmış akademiklərin və aparıcı ekspertlərin töhfələrinə əsaslanaraq, Pan Finance maliyyə xidmətləri, iqtisadiyyat, infrastruktur, texnologiya və davamlı inkişafa diqqət yetirir.

“Pan Finance” rüblük dərc olunaraq dünyanın hər yerində keçirilən ən mötəbər hadisələri işıqlandrır.
Son xəbərlər
02
    Ünvan
    Port Baku Cənub qülləsi, Neftçilər prospekti 146, Bakı, Azərbaycan
    hr@pashapay.az
    © 2024 PashaPay
    Hər zaman yeni həmkarlar
    axtarışındayıq. Aktiv vakansiyalarla burdan tanış ol. İşə qəbulla bağlı suallar üçün
    E-MAIL
    LINKED IN
    Designed by Darya Lugovaya