Geriyə
23 Sentyabr, 2024
Elektron pulqabılarda üztanıma məcburi olacaq
Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq. Müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir.

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir. Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.

Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.
Son xəbərlər
02
    Ünvan:
    Port Baku, Cənub Qülləsi, Neftçilər prospekti 153, Bakı, Azərbaycan
    © 2025 PashaPay
    Biz yeni həmkarlar axtarırıq!
    Aktiv vakansiyalarla buradan tanış ola bilərsiniz. İşə qəbul ilə bağlı suallar üçün:
    E-MAIL:
    LINKEDIN:
    Designed by Darya Lugovaya