Geriyə
1 May, 2025
PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
İlk dəfə Azərbaycan şirkəti nüfuzlu Money20/20 Europe tədbirində təmsil olunacaq
Bir ekosistem Google, Microsoft və Nvidia kimi techfin nəhəngləri ilə eyni platformada yer alacaq
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay Bir ekosistemi təmsil edərək, 3-5 iyun tarixlərində Amsterdamda keçiriləcək ən böyük qlobal fintex konfransı – Money20/20 Europe tədbirində sponsor olaraq öz stendi ilə iştirak edəcək.

PashaPay və Bir ekosistem stendinin ziyarətçiləri Azərbaycanın maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində fəaliyyət göstərən aparıcı brendləri – m10, MilliÖn, Birbank və Umico da daxil olmaqla, Bir ekosistemin təqdim etdiyi innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.

PashaPay bu nüfuzlu tədbirdə iştirakı ilə Azərbaycanın fintex ekosisteminin beynəlxalq səviyyədə tanıdılmasını, strateji tərəfdaşlıqların qurulmasını və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təcrübələrin öyrənilməsini hədəfləyir.

Onu da qeyd edək ki, ilk dəfə Azərbaycandan olan şirkətin dünyanın aparıcı fintex korporasiyalarının toplandığı Money20/20 Europe tədbirində iştirak edərək, Google, Microsoft və Nvidia kimi texnologiya və maliyyə (techfin) nəhəngləri ilə eyni platformada yer alması tədbirdə iştirakın əhəmiyyətini artırır.

Money20/20 Europe – ödəniş sistemləri, fintex və maliyyə xidmətləri sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biridir. Hər il Avropa, Asiya və ABŞ-da keçirilən bu tədbir minlərlə iştirakçını, bank və texnologiya liderlərini bir araya gətirərək gələcəyin maliyyə sistemini formalaşdırır.

PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Son xəbərlər
02
    Ünvan:
    Port Baku, Cənub Qülləsi, Neftçilər prospekti 153, Bakı, Azərbaycan
    © 2025 PashaPay
    Biz yeni həmkarlar axtarırıq!
    Aktiv vakansiyalarla buradan tanış ola bilərsiniz. İşə qəbul ilə bağlı suallar üçün:
    E-MAIL:
    LINKEDIN:
    Designed by Darya Lugovaya