Geriyə
01.12.2023
CV-dən kənar: Müsahibə zamanı əmək haqqının müzakirə edilməsi
Əmək haqqının müzakirə edilməsi namizəd üçün müsahibənin vacib məqamlarından biridir ki, bu da nəzakət, əminlik və stretegiyanın istifadə olunmasını tələb edir.

Bu prosesdə əsas amillər bu haqda söhbətin açılması üçün düzgün məqamın seçilməsi, təklif olunan əmək haqqının dəyərləndirilməsi, çevik strategiyalar və danışıqların psixologiyasını başa düşməkdir.
Əmək haqqının məbləğini necə müəyyən etməli?
Əmək haqqının məbləğinə təsir edən ilk amil bazardır. Əmək bazarında vəziyyəti təhlil et – səni maraqlandıran şirkətlər və vəzifələr üçün hansı məbləğdə əmək haqqı nəzərdə tutulduğunu öyrən.
Məlumatı haradan əldə etmək olar?
  • Əmək haqqının məbləği göstərilmiş vakansiyalardan.
  • Müxtəlif sahələrdə ortalama əmək haqlarının təhlili. Müxtəlif sahələr üzrə ortalama əmək haqlarını öyrənmək üçün peşəkar mənbələrdən, araşdırmalardan və hesabatlardan istifadə et. Müxtəlif peşəkar assosiasiyalar, işə düzəltmə agentlikləri və əmək statistikası üzrə təşkilatlar müxtəlif sahələr üzrə ortalama əmək haqları barədə məlumat verə bilər.
  • Dost-tanışla danış. Keçmiş, hazırkı və gələcək iş yoldaşlarınla əlaqə saxla. Sosial şəbəkələr vasitəsilə biraz araşdırma et.
Müsahibədən öncə nəyi hesablamaq lazımdır?
Bəzən özünün əmək haqqı gözləntiləri ola bilər və əmək bazarının nə təklif etdiyi o qədər də vacib olmaya bilər. İşəgötürənlə görüşdən öncə üç rəqəmi müəyyən etməlisən.

  1. Qarşılığında işləməyə razı olduğun minimal məbləğ.
  2. Sənə uyğun ortalama əmək haqqı: sənin hal-hazırda aldığın və qarşılığında daha maraqlı tapşırıqların olduğu və ya ofisinin daha rahat yerdə yerləşdiyi üçün digər iş yerinə keçməyə razı olduğun əmək haqqı.
  3. Almaq istədiyin maksimal əmək haqqı. Vəzifəni bəyənirsən, amma şirkəti bəyənmirsən, və ya sənin yaxşı bacardığınız çoxlu öhdəliklər daxildir. O zaman daha yüksək məbləğ istəyə bilərsiniz. Pul haqqında kiminlə danışdığını və hansı vakansiyanı müzakirə etdiyini bilmək vacibdir – hətta bu ilk telefon danışığınızdırsa və sizə hansı şirkətdən hansı iş təklifi ilə bağlı müraciət etdiyini bilmirsinizsə, fasilə götürün.
Qazandığın fasilə müddətində səninlə əlaqə saxlayan şirkət və təklif olunan vakansiya haqqında məlumat topla. Bundan sonra sən əminliklə bu vakansiya üçün əmək haqqı gözləntilərini bildirə biləcəksən. Amma unutma ki, ilk söhbət əsnasında əmək haqqı məbləğinin diapazonu haqqında danışmaq lazım deyil – bunu etsən, sənin əmək haqqı ilə bağlı güzəştə gedə biləcəyini başa düşəcəklər.
Əmək haqqının məbləğinə nə təsir edir?
İş təklifində göstərilən tələbləri araşdır. Vakansiyanın tələblərinə ən azından 60% uyğun gəlirsənsə, vakansiyaya müraciət edə bilərsən.

Vakansiyanın tələblərinə 100% uyğun gəlirsənsə bu halda müsahibə zamanı daha yüksək əmək haqqı istəyə bilərsən.

Şirkətin tələbləri nə qədər spesifikdirsə, bazarda onları qarşılayacaq o qədər az namizəd olacaq. Sən də həmin bacarıqlara sahibsənsə və özünü müsahibə zamanı müsbət cəhətdən təqdim etmisənsə, işəgötürən səni məhs onun təklif etdiyi vakansiyanı seçməyə razı salmaq üçün daha yüksək əmək haqqı təklif edə bilər.

Potensial əmək haqqını yüksəltmək üçün universal bacarıqlar yoxdur. Adətən hər bir vakansiyada “üstünlük hesab olunan” xüsisiyyətlər göstərilir. Bu xüsusiyyətlərə maliksənsə - məsul və ya texnologiya ilə iş təcrübən, və ya xarici dil biliyin varsa – həmin vakansiya üzrə müsahibə zamanı daha yüksək əmək haqqı istəyə bilərsən.
Niyə yüksək əmək haqqı istəməkdən çəkinmək lazım deyil
Müəyyən bir şirkətdə 1000 AZN-dən aşağı əmək haqqı ilə işləməyə razı deyilsənsə, bu rəqəmi səsləndirməkdən qorxma. Lakin 600 AZN əmək haqqı ilə işləməyə razısansa (sənin xəyalındakı işdir və ya ofis evinə yaxındır), istədiyin məbləğdən daha yüksək, məsələn, 100 AZN daha artıq istə. Bu zaman sən danışıqlar zamanı 100 AZN güzəştə gedib yenə də istədiyin 600 AZN-i ala biləcəksən.

Qarşılığında həqiqətən işləməyə hazır olduğun məbləği səsləndir. Yüksək məbləğ istədiyinə görə səni götürməsələr belə, sən bilirsən ki, istənilən halda həmin şirkətdə bundan aşağı məbləğə işləməyə razı deyilsən.
CV və müsahibə daha əlverişli əmək haqqı təklifi almaqda necə kömək edirlər?
İşəgötürənin namizəd haqqında ilk təəsuratı CV əsasında yaranır. İşinin nəticələrini və nailiyyətlərini əks etdirən strukturlaşdırılmış CV sənə daha yüksək əmək haqqı istəmək üçün əsas verə bilər.

Müşayiət məktubunda məhs bu şirkətdə nə üçün işləmək istədiyini, bu vəzifəyə uyğun hansı bacarıqlarının olduğunu və işəgötürənin niyə səni seçməli olduğunu yaz. Şirkəti araşdır: şirkətin biznesi nəyin əsasında qurulub, şirkət müştərilərlə necə qarşılıqlı əlaqə qurur, şirkətin gəliri haradan gəlir. Sən bənzər işlə məşğul olmusansa, düşüncələrini öncəki təcrübəyə əsaslandırmağın sənin daha yüksək maaş istəməyin üçün imkan yaradır.
İstədiyindən aşağı məbləğ təklif edirlərsə, nə etmək lazımdır?
Sənə təklif olunan məbləğin qarşısında işləməyə razı deyilsənsə belə, işəgötürənə imtina cavabını verməyə tələsmə. Müsbət və mənfi tərəfləri dəyərləndir. Sən həqiqətənmi bu şirkətdə yalnız yüksək əmək haqqıya görə işləməyə razı olarsan? Yoxsa sən daha yüsək əmək haqqı istəsən belə, ümumi olaraq bu vəzifədə işləmək istəyirsən və belə bir təklif aldığın üçün sevinirsən?
Başa düşürsənsə ki, bu məbləğ sənə heç uyğun deyil, bu əmək haqqı qarşılığında işləyə bilməyəcəyini etiraf et. Əmək haqqı məbləğinin müzakirə oluna bilib-bilməyəcəyini soruş.
Əmək haqqı nə vaxt müzakirə edilməlidir?
İşə götürmə prosesi zamanı əmək haqqının müzakirə edilməsi bəzən alver kimi görünə bilər. Sözünü demiş mütəxəssislərə yüksək əmək haqqı istəmək daha asandır. Sənə 1000 AZN istədiyin halda 600 AZN maaş təklif olunursa, amma işləmək istəyirsənsə, bəlkə də bir müddət 600 AZN məbləği qarşılığında işləyib özünü göstərməyə dəyər. Çalış ki, əmək haqqını vəzifəndə inkişaf perspektivləri baxımından müzakirə edəsən.
İşəgötürənlə hansı müddətdən sonra istədiyin əmək haqqını ala biləcəyin haqqında danışmağa cəhd et. Gəldiyin razılaşmanı inkişaf planında qeyd edə bilərsən. Burada sənin maaşının yüksəldilməsi üçün hansı nəticələri göstərməyin lazım olduğu da qeyd olunur.
Müsahibə zamanı əmək haqqı necə müzakirə edilməli? Siyahı:
  • Bazardakı vəziyyəti araşdır: vakansiyalar, sənin sahənə uyğun maaş diapazonu, tanışların danış.
  • Sənə uyğun minimal, ortalama və maksimal əmək haqqını müəyyən et.
  • Tələblərini konkret bir təklifə uyğunlaşdır.
  • Müsahibədə konkret bir vakansiyaya uyğun olan təcrübələrini vurğula.
  • Sənə aşağı əmək haqqı təklif olunursa, ondan imtina etməyə tələsmə. Müsahibə zamanı daha yüksək əmək haqqı barədə razılaşmağa cəhd et.
  • Təklifdə səni yalnız əmək haqqı qane etmirsə, daha az əmək haqqı ilə işləməyə başla və sınaq müddətindən sonra maaşının artırılmasını xahiş et.
  • Müsahibə zamanı əmək haqqını vəzifəndə inkişaf perspektivləri baxımından müzakirə et.
  • Yüksək əmək haqqı tələb etdiyin üçün imtina cavabını almaqdan qorxma.
Ən son məqalələr
02
    Ünvan:
    Port Baku, Cənub Qülləsi, Neftçilər prospekti 153, Bakı, Azərbaycan
    © 2025 PashaPay
    Biz yeni həmkarlar axtarırıq!
    Aktiv vakansiyalarla buradan tanış ola bilərsiniz. İşə qəbul ilə bağlı suallar üçün:
    E-MAIL:
    LINKEDIN:
    Designed by Darya Lugovaya