Tətil zamanı mənzilin, avtomobilin və hətta dayanacaq yerindən istifadə edərək pul qazana bilərsən. Necə? Onları icarəyə verə bilərsən.
Mənzil və avtomobildən söhbət gedirsə, burada hər şey nisbətən asandır: müəyyən saytlarda elan paylaşmaq kifayətdir. Eləcə də dostlarından və ya onların tanışlarından kiməsə icarəyə vermək olar, amma bu daha risklidir. Düşünə bilərsən ki, dostumun dostundan mənə nə zərər gələ bilər ki? Nəticədə isə, cızıq-cızıq olmuş avtomobil, yanmış divan və digər bu kimi hallarla rastlaşa bilərsən.
Avtomobil icarəsi xidməti göstərən şirkətlər isə nəqliyyatı sığortalayırlar. Bu, kiminsə sözünə güvənməkdən daha etibarlıdır.
Ödənişli dayanacaq yerini icarəyə vermək istəyirsənsə, qonşularına bunu təklif edə bilərsən. Bəlkə də, sənin avtomobillə səyahətdə olacağın müddətdə qonşularından kimsə Baliyə getməyi planlaşdırır və avtomobilini evin yaxınlığında saxlamağı düşünür. Bu halda sənin dayanacaq yerindən istifadə edə bilər.
Başqa nələri icarəyə vermək olar:
- bağ evini;
- velosiped və ya samokatı;
- texnikanı, məsələn, kompüter və ya kameranı;
Diqqət: Beh almağı və müqavilə bağlamağı unutma. Təbii ki, 100 manat məbləğində beh icarəyə verdiyin əşyanın dəyərini qarşılamır, lakin onu icarəyə götürən insan üçün əşyanı zərər dəyməmiş şəkildə geri qaytarmağa motivasiya ola bilər.