Sahibkar, xeyriyyəçi və Microsoft-un təsisçisi Bill Qeyts demişdi: “Əgər kasıb doğulmusansa, bu, sənin günahın deyil. Amma kasıb ölürsənsə, günah sənindir”. Biz çox vaxt düşünürük ki, zəngin insanların bəxti gətirib. Amma zəngin olan hər kəs uşaqlıqdan zəngin olmayıb.
Məsələn, məşhur aparıcı Opra Uinfrinin uşaqlığı ucqar kənddə kasıblıq içində keçmişdi. Lakin o, 17 yaşında ən gənc müxbir olmuşdu. Dünyanın ən zəngin insanlarından biri olan modelyer Ralf Loren uşaqlıqda böyük qardaşlarından qalan paltarları geyinməyə məcbur idi. Bu paltarlar onun yaradıcı enerjini və özünəməxsus bir şey yaratmaq istəyini oyadırdı.